2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2709) 22 milyon 268 min 796,3 ton neft ixrac edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 1,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycandan $13 milyard 785 milyon 636,21 min dəyərində (azalma 19,8%) neft ixrac edilib.
2023-cü ilin yanvar-oktyabr aylarında ixracın ümumi strukturunda neftin payı 46,98% (2022-ci ilin müvafiq dövründə 49,49%) təşkil edib.
Hesabat dövründə 22 ölkə Azərbaycan neftinin alıcısı olub. Oktyabrda Avstarliya da alıcılar sırasında yer alıb.
DGK-nın məlumatına görə, İtaliya ənənəvi olaraq Azərbaycan neftinin əsas alıcısı olaraq qalır, neft ixracının 41,5%-i bu ölkənin payına düşüb.
2023-cü ilin əvvəlindən Azərbaycandan İsrailə neft nəqlinin həcmi 2,1 milyon tonu, Hindistan, İspaniya, Çexiya və Türkiyəyə neft ixracının həcmi 1 milyon tonu ötüb.
2023-cü ilin yanvar-oktyabr aylarında əsas alıcı ölkələr üzrə neft ixracının strukturu:
Ölkələr |
Həcm, ton |
Gəlir, min $ |
İtaliya |
9 252 135.76 |
5 850 955.99 |
İsrail |
2 154 667.42 |
1 320 085.61 |
Hindistan |
1 370 600.87 |
817 429.58 |
İspaniya |
1 114 184.47 |
700 578.65 |
Çexiya |
1 089 037.44 |
653 660.33 |
Türkiyə |
1 119 456.46 |
633 322.82 |
Almaniya |
933 370.16 |
596 323.44 |
Xorvatiya |
802 021.56 |
475 452.60 |
B.Britaniya |
691 038.87 |
432 278.59 |
Yunanıstan |
656 521.80 |
403 274.26 |
İrlandiya |
630 056.20 |
366 641.18 |
Vyetnam |
554 367.23 |
345 490.87 |
Rumıniya |
532 120.55 |
326 615.75 |
Portuqaliya |
366 705.80 |
242 643.31 |
Avstriya |
266 568.71 |
152 155.74 |
İndoneziya |
221 084.92 |
150 210.69 |
Fransa |
199 006.72 |
118 639.77 |
Sinqapur |
138 338.45 |
87 786.40 |
Malayziya |
48 042.55 |
34 012.69 |
Avstraliya |
39 196.58 |
28 392.28 |
Tayland |
48 688.02 |
26 098.53 |
Tunis |
41 585.75 |
23 587.13 |
Cəmi |
22 268 796.30 |
13 785 636.21 |
**
N.Abbasova