Sülh sazişinin əsas prinsipləri Azərbaycanla razılaşdırılıb. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
"Qarşıdakı aylarda Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün siyasi iradəmiz sarsılmaz olaraq qalır. Sülhün üç əsas prinsipi əslində Brüsseldə danışıqlar zamanı Azərbaycanla razılaşdırılıb", - Paşinyan cümə axşamı parlamentdə çıxış edərkən bildirib.
Onun sözlərinə görə, bu prinsiplər Ermənistan və Azərbaycan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması, 1991-ci il Alma-Ata bəyannaməsi əsasında sərhədlərin delimitasiyasının həyata keçirilməsi və 1974-1990-cı illər SSRI Baş Qərargahının xəritələri ilə əlaqədardır.
"Bundan başqa, Ermənistanla Azərbaycanın ərazi iddiaları olmadığı və bundan sonra belə iddialar irəli sürməməyi öhdələrinə götürdükləri barədə razılıq əldə olunub. Üçüncüsü, regional kommunikasiyaların açılması ölkələrin suverenliyi əsasında həyata keçirilməlidir", - Paşinyan qeyd edib. **