21-23 noyabr tarixlərində Bakıda İslam Əməkdaşlıq Təşkilatına(İƏT)üzv ölkələrin əmək nazirlərininV konfransı keçiriləcək. Bu barədə əmək və əhalinin sosial müdafiə nazirinin müavini Anar Kərimov məlumat verib.
Kərimov cümə axşamı keçirilən mətbuat konfransında bəyan edib ki, konfrans «İƏT-in üzv ölkələri arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinə kömək edəcək».
"Biz həm mədəniyyətimiz, həm də imkanlarımız ilə tanış olacaq 250-300 Konfrans iştirakçısının Bakıya səfərini gözləyirik. Bu, ölkələrimiz arasında, xüsusilə də DOST məsələsində təcrübəmizdən istifadə edərək qarşılıqlı əlaqənin inkişafına xidmət edəcək", - nazir müavini bildirib.
Kərimov əlavə edib ki, konfransda İƏT üzv ölkələrin sosial sahəsinin, o cümlədən əmək, məşğulluq, işsizlik bazarının inkişafı, yoxsulluğun azaldılması, insan kapitalının inkişafı və əmək miqrasiyası kimi məsələlər nəzərdən kçeiriləcək.
«Bu mövzuların müzakirəsi əməkdaşlıq münasibətlərinin genişləndirilməsi və bu istiqamətlərdə səmərəli informasiya və təcrübə mübadiləsi üçün imkan yaradacaq», - o qeyd edib. **
X.Nəsirzadə