2023-cü ilin yanvar-oktyabr aylarında respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 % artaraq 24 milyard 32,8 milyon kVt·st olub. Bu barədə Energetika Nazirliyindən məlumat verilir.
“Operativ məlumatlara əsasən, 2023-cü ilin yanvar-oktyabr aylarında elektrik enerjisi istehsalı İES-lərdə 22 milyard 213,8 milyon kVt·st, SES-lərdə 1 milyard 529,3 milyon kVt·st, digər mənbələr üzrə isə 289,7 milyon kVt·st təşkil edib”, - nazirlikdən qeyd olunur.
Külək elektrik stansiyalarında 49,1 milyon kVt·st, günəş elektrik stansiyalarında 58,6 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 182 milyon kVt·st elektrik enerjisi istehsal edilib.
2023-cü ilin yanvar-oktyabr ayları üzrə elektrik enerjisinin ixracı 2 milyard 357,1 milyon kVt·st (+12,2% - İF), idxalı isə 190,1 milyon kVt·st (+64,3%) olub.
2022-ci ildə Azərbaycanda elektrik enerjisinin istehsalı 28 988,5 milyon kVt•st (artım 4%), ixracı 3 milyard 3,8 milyon kVt•st (artım 79,5%), idxalı isə 137,1 milyon kVt•st (azalma 9,6%) olub.**
N.Abbasova