Bakı Vaşinqtonun nümayiş etdirdiyi mövqe şəraitində ABŞ-ın Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyünü yersiz hesab edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bəyan edilir.
Dünən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayenbəyan edib ki, Birləşmiş Ştatlar Azərbaycana hərbi və digər yardımları dayandırıb, bəzi yüksək səviyyəli səfərləri ləğv edib və Vaşinqton Bakıya Ermənistanla sülh danışıqlarında irəliləyiş əldə olunmayana qədər ikitərəfli münasibətlərin normallaşmayacağına işarə edib.
“ABŞ tərəfinin Azərbaycana münasibətdə ABŞ-ın təşəbbüsü ilə keçirilən yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz” bəyanatına gəlincə isə qeyd etmək lazımdır ki, münasibətlər birtərəfli ola bilməz.Beləliklə, eyni yanaşma Azərbaycan tərəfindən də bərabər şəkildə tətbiq olunacaqdır. Belə bir şəraitdə ABŞ-ın Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyünü də yersiz hesab edirik”, - Azərbaycan XİN-in bəyanatında deyilir. **
R.Əhmədov