Azərbaycan hərbçiləri Türkiyədə “Doğu Akdeniz-2023” beynəlxalq təlimində iştirak edəcəklər. Bu barədə cümə axşamı Müdafiə Nazirliyindən məlumat verilir.
“Azərbaycan və Türkiyə Respublikasının Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Xüsusi Təyinatlılar dəstəsinin bir qrup şəxsi heyəti Marmaris şəhərində keçirilməsi planlaşdırılan “Doğu Akdeniz-2023” beynəlxalq təlimində iştirak etmək üçün qardaş ölkəyə səfər edib”, - nazirliyin məlumatında deyilir. **
R.Kərimov