Cümə axşamı Milli Məclisin (parlament) sədri Sahibə Qafarova Qırğızıstana işgüzar səfəri çərçivəsində Bişkekdə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüş zamanı iki ölkə arasında iqtisadi, siyasi, humanitar sahələrdə münasibətlərin yüksələn xətt üzrə inkişafından məmnunluq ifadə edilib.
“Həmçinin, Matviyenko ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin, regionlar arasında münasibətlərin inkişafının önəmini vurğulayıb, həmçinin böyük infrastruktur layihələrinin reallaşdırılmasının müzakirə edildiyini diqqətə çatdırıb”, - məlumatda qeyd olunur.
Qafarova regionda mövcud olan vəziyyət barədə Matviyenkoya geniş məlumat verib.
Bundan başqa, söhbət zamanı Azərbaycan ilə Rusiya arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq əlaqələri, habelə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. **
X.Nəsirzadə