Cümə axşamı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Malayziyanın Bakıdakı yeni təyin edilmiş səfiri Ahmad Kamrizamil Bin Mohd Rzanı qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan”a XİN-dən məlumat verilir.
Səfir etimadnaməsinin surətini Bayramova təqdim edib.
“Görüşdə Azərbaycan və Malayziya arasında əməkdaşlıq məsələləri, ikitərəfli əlaqələrin, o cümlədən turizm və təhsil sahəsində birgə səylərin inkişaf etdirilməsi perspektivləri, habelə cari regional vəziyyət müzakirə olunub”, - məlumatda qeyd edilir.
Nazir Ceyhun Bayramov ərazilərimizin 30 ilə yaxın müddətdə işğalı, post-münaqişə dövründə normallaşma prosesi barədə qarşı tərəfi məlumatlandırıb.
Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. **
X.Nəsirzadə