Fransanın xarici işlər naziri Katrin Kolonna iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanı xüsusilə Livanda, Yaxın Şərq münaqişəsinin istənilən eskalasiyasından «qəti şəkildə xəbərdarlıq edib». Bu barədə Fransa XİN-in məlumatında deyilir.
Kolonna X sosial şəbəkəsində bu fikir mübadiləsini belə şərh edib: «Bu gün iranlı həmkarımla xəbərdarlıq şəklində söhbət etdim - Qəzza zolağında davam edən münaqişənin genişləndirilməsi heç kimə fayda verməyəcək və İran həmçinin ağır məsuliyyət daşıyacaq».
XİN-in məlumatında bildirilir ki, görüş İran tərəfinin xahişi ilə Cenevrədə keçirilib.
Qeyd olunur ki, xarici işlər naziri Fransanın İsrailin təhlükəsizliyinə, İsrailin özünü və əhalisini beynəlxalq humanitar hüququna uyğun olaraq məqsədyönlü və mütənasib şəkildə müdafiə etmək hüququna sadiqliyini təsdiqləyib. **