Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 17-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Noyabrın 17-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8445 manat/1EUR səviyyəsində (noyabrın 16-na 1.8421 manat/1EUR) müəyyən edilib.
AMB noyabrın 17-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0191 manat/1RUB səviyyəsində (noyabrın 16-na 0.019/1RUB) müəyyən edib.
AMB noyabrın 17-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini 0.0592 manat/1TRY səviyyəsində (noyabrın 16-na 0.0593/1TRY) müəyyən edib.*
X.Nəsirzadə