İsrail hərbçiləri cümə gününə keçən gecə Qəzza zolağında HƏMAS qruplaşmasının çoxsaylı obyektlərinə aviazərbələr endiriblər. Bu barədə “The Times of Israel” nəşri İsrail Müdafiə Ordusunun məlumatına istinadən xəbər verir.
Məlumata görə, xüsusilə anklavdakı silah anbarlarına zərbələr endirilib. Bundan başqa, İsrail hərbçiləri məktəb binasında gizlənən HƏMAS döyüşçülərindən bir neçəsini məhv ediblər.*