Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin yeni prezidentlik müddətinə namizədliyini irəli sürəcəyinə ümid edir və onun seçkilərdə qalib gələcəyinə əmindir.
“Putin namizədliyini irəli sürmək niyyətində olub-olmadığını hələlik açıqlamayıb. Lakin mən ürəkdən inanmaq istəyirəm ki, o, bunu edəcək. Onun seçkilərdə qalib gələcəyinə və bundan sonra da prezidentimiz olacağına şübhə etmirəm”, - deyə Peskov “MGIMO 360” tələbə informasiya kanalına müsahibəsində bildirib.
“Vladimir Putindən sonra Rusiyanın növbəti prezidenti necə olmalıdır” sualına Kremlin sözçüsü belə cavab verib: “Eynən Vladimir Putin kimi və ya fərqli, amma yenə də onun kimi”.*