Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Zaqatala rayonu O.Rəsulov adına Muğanlı kənd 432 şagird yerlik tam orta məktəbin tikintisi işlərinə “S.H. İnşaat Xidməti” MMC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, şirkətlə 5 milyon 93,517 min manat məbləğində müqavilə bağlanıb.
Müqavilənin şərtlərinə görə, tikinti işləri 30 iyun 2025-ci il tarixinədək başa çatmalıdır.*
X.Nəsirzadə