Ermənistan-Türkiyə sərhədində “Marqara” keçid məntəqəsinin tikintisi gələn həftə başa çatacaq. Bunu jurnalistlərə açıqlamasında Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan deyib.
“Diplomatik pasport sahiblərinin və ya üçüncü ölkələrin vətəndaşlarının Ermənistan-Türkiyə sərhədini keçə bilmələri üçün keçid məntəqəsinin təchizatı məsələsinin təcili surətdə həlli tələb olunurdu”, - deyə Badasyan qeyd edib.
O, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə münasibət bildirməkdən imtina edərək bu məsələ ilə ölkənin Xarici İşlər Nazirliyinin məşğul olduğunu vurğulayıb.*