2023-cü ilin yanvar-oktyabr ayları ərzində Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 6 ton 541,6 kq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına istinadən xəbər verir.
Qanunsuz dövriyyədən götürülmüş narkotik vasitələrin dəyəri 264,48 milyon manatdır ($155,576 milyon).*
R.Kərimov