2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 64 milyard 341,6 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 13,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2023-cü ilin oktyabr ayının sonuna Azərbaycanda orta illik inflyasiya 10,2% təşkil edib.
Statistik məlumatlara görə, 2023-cü ilin yanvar-oktyabr aylarında əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 12,5% - 6 min 338,8 manata qədər artıb.
Bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 57 milyard 57 milyon manat qalır ki, bu da 2022-ci ilin yanvar-oktyabr aylarının göstəricisindən 13,2% çoxdur, əhalinin hər nəfərinə düşən gəlirlər 5 min 621,1 manat (artım 12,5%) təşkil edib.*
X.Nəsirzadə