Özbəkistan Müdafiə Nazirliyinə məxsus Mi-8 helikopteri Səmərqənd vilayətindəki poliqonda qəzaya uğrayıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Özbəkistanın Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Hava Qüvvələri komandanlığına məxsus Mi-8 helikopteri Kattakurqan poliqonunda təlim uçuşu zamanı qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterin bütün heyəti həlak olub”, - deyə məlumatda bildirilir.
Qəzanın səbəblərini müəyyən etmək üçün hadisə yerində xüsusi komissiya işləyir.
Kattakurqan poliqonu Özbəkistanda 2019-cu ilin noyabr ayında açılmış ən böyük hərbi poliqondur.*