Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında Almaniyanı Qəzza zolağında atəşkəsə nail olmaq üçün birlikdə səy göstərməyə çağırıb.
“Əgər Türkiyə və Almaniya Qəzza zolağında humanitar atəşkəsə nail ola bilsə, regionu xilas etmək imkanımız olacaq”, - deyə Ərdoğan bildirib.
“Bizim əsas məqsədimiz atəşkəs olmalıdır. Biz qan tökülməsini dayandırmalıyıq”, - deyə Türkiyə Prezidenti qeyd edib.
O vurğulayıb ki, Ankara İsrailin anklavdakı hərəkətlərini və Qəzza zolağında dinc vətəndaşların öldürülməsini pisləyir.
“13 min fələstinli uşaq, qadın və qoca öldürülüb. Artıq Qəzza deyilən yer yoxdur, hər şey dağıdılıb”, - deyə Ərdoğan bildirib.*