Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistanın müdafiə naziri general-leytenant Baxodir Kurbanova başsağlığı ünvanlayıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilir.
"Özbəkistanın Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri qoşunlarının komandanlığına məxsus Mi-8 helikopterinin Səmərqənd vilayətindəki "Kattakurqan" poliqonunda təlim-məşq uçuşu zamanı qəzaya uğraması nəticəsində ekipaj üzvlərinin həlak olması haqqında məlumat məni dərindən kədərləndirir”, - başsağlığında deyilir.
Həsənov həlak olanlara rəhmət diləyib, ailələrinə dərin hüznlə başsağlığı verib. **
V.Əliyev