Azərbaycan prezidenti İlham Əliyev milli bayram münasibətilə Omanın Sultanı Heytəm bin Tariq Al Səidə təbrik məktibu ünvanlayıb. Bu barədə Azərbaycan prezidentinin saytında məlumat verilir.
“Əlahəzrət, Oman Sultanlığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Oman xalqına daim firavanlıq və əmin-amanlıq diləyirəm”, - təbrikdə deyilir. **
V.Əliyev