Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozep Borrel bəyan edib ki, İsrail ilə radikal HƏMAS hərəkatı arasında müharibə başa çatdıqdan sonra yalnız Fələstin muxtariyyəti Qəzza zolağını idarə edə biləcək. Reuters agentliyi onun sözlərindən sitat gətirir.
Diplomat vurğulayıb ki, HƏMAS artıq Fələstin anklavına nəzarət edə bilmir.
"Bəs Qəzzaya kim nəzarət edəcək? Düşünürəm ki, bunu yalnız Fələstin muxtariyyəti etmək iqtisdarındadır", - Borrel Bəhreyndə keçirilən “Manam Dialoqu" forumunda bildirib. **
V.Əliyev