Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İranın xarci işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub. Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat verir.
“Telefon danışığı zamanı Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti və perspektivləri müzakirə edilib”, - məlumatda deyilir.
Həmçinin, regional dialoqun möhkəmlənməsinin vacibliyi vurğulanıb.
Məlumata əsasən, regionda sülhün möhkəmləndirilməsi üçün regional formatların aktivləşdirilməsinin əhəmiyyəti qeyd olunub.
O cümlədən, telefon danışığı zamanı bir sıra çoxtərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.
«Tərəflər ikitərəfli münasibətlərin möhkəmlənməsindən məmnunluq ifadə ediblər və regionda və beynəlxalq aləmdə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar», - məlumatda bildirilir. **
V.Əliyev