“Iraqi Airways” aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm uçuşlar həyata keçirməyə başlayır.
“19 noyabr 2023-cü il saat 00:15-də aviadaşıyıcı Bağdaddan Bakı hava limanına ilk uçuşunu həyata keçirəcək”, - aeroportun mətbuat xidmətindən məlumat verilir.
“Iraqi Airways” həftədə 5 dəfə Bağdaddan Bakıya uçuşlar həyata keçirməyi planlaşdırır. **
R.Əhmədov