Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) heyəti Qəzza zolağındakı “Əl-Şifa” xəstəxanasına baş çəkib və 24-72 saat ərzində bütün xəstələri və əməkdaşları təxliyə etməyə hazırlaşır. Bu barədə ÜST-ün yaydığı bəyanatda deyilir.
ÜST xəstəxanaya baş çəkmiş və onu “ölüm zonası” adlandıran birgə humanitar missiyaya başçılıq edir.
ÜST-ün bəyanatında bildirilir ki, hazırda xəstəxana kompleksində 25 əməkdaş və 291 xəstə var və onların Qəzzada yerləşən Nasser xəstəxanasına və Avropa xəstəxanasına köçürülməsinin əlaqələndirilməsi ilə bağlı tədbirlər görülür.*