İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid noyabrın 19-da Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə Azərbaycan liderinin saytında məlumat verilib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İraq Prezidentini hava limanında Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.*
V.Əliyev