İslam ölkələri Qəzza zolağındakı vəziyyət fonunda İsraillə münasibətləri ən azı bir müddət kəsməlidir. Bunu İranın Ali Rəhbəri Seyid Əli Xamenei deyib.
“İslam hökumətləri İsraillə münasibətləri ən azından müvəqqəti kəsməlidir”, - deyə o bildirib.
İsrailə enerji resurslarının və digər malların tədarükünün məhdudlaşdırılmasını təklif edən Xamenei qeyd edib ki, İsrail hərbçiləri müasir silahlara və Qəzza zolağının kütləvi şəkildə bombalanmasına baxmayaraq, HƏMAS qruplaşmasını məhv edə bilməyiblər.*