Yəmənli üsyançılar Qırmızı dənizdə İsrailin “Galaxy Leader” gəmisinə hücum ediblər. Bu barədə “Əl-Ərəbiyə” telekanalı məlumat yayıb.
Gəminin göyərtəsində 22 nəfər olub.
“Haaretz” nəşri isə qeyd edir ki, İsrail bu məlumatı yoxlayır. Gəminin göyərtəsində İsrail vətəndaşları yoxdur.
Daha əvvəl üsyançıların sözçüsü Yəhya Saria İsrail şirkətlərinə məxsus və ya İsrail bayrağı altında üzən bütün gəmilərə hücum edəcəklərini bildirmişdi.*