Qəzza zolağındakı Əl-Şifa xəstəxanasından 31 vaxtından əvvəl doğulmuş körpə təxliyə edilib. Bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb. Təxliyə Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin əməkdaşları ilə birgə təşkil edilib.
“Onlar Fələstin Qızıl Aypara Cəmiyyətinə məxsus təcili yardım maşınları ilə cənuba aparılıblar və Birləşmiş Ərəb Əmirliklərinin Rəfahdakı xəstəxanasına köçürüləcəklər”, - deyə məlumatda bildirilir.*