Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov və Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı baş tutub. Bu barədə RF XİN məlumat yayıb.
“Söhbət zamanı əsas diqqət Fələstin-İsrail münaqişəsi zonasında mövcud vəziyyətə yönəldilib. Qəzza zolağında davam edən silahlı qarşıdurma ilə bağlı ümumi narahatlıq ifadə edilib. Atəşkəsin və zərər çəkmiş mülki əhaliyə təcili yardımın göstərilməsinin vacibliyi vurğulanıb”, - deyə məlumatda bildirilir.
Həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və beynəlxalq gündəliyə dair bir sıra digər aktual məsələlərə də toxunulub.
Məlumata görə, telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.*