Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsinin sonuncu oyununda Belçika yığmasına 0:5 hesabı ilə məğlub olub.
Oyundan əvvəl qalmaqal baş verib. Azərbaycan himninin əvəzinə İsveç himni səsləndirilib. Daha sonra təşkilatçılar səhvi aradan qaldırıblar və Azərbaycan himni səsləndirilib.
Birinci hissənin ortalarında Azərbaycan millisi 0:1 hesabı ilə azlıqda qalıb. Birinci hissədən sonra hesab ev sahiblərinin xeyrinə 4:0 olub, Lukaku poker edib. İkinci hissədə belçikalılar daha bir qol vurublar.
Azərbaycan yığması seçmə mərhələni 8 oyunda topladığı 7 xalla 4-cü pillədə başa vurub.*
R.Əhmədov