Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 20-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Noyabrın 20-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8568 manat/1EUR səviyyəsində (noyabrın 17-nə 1.8445 manat/1EUR) müəyyən edilib.
AMB noyabrın 20-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0189 manat/1RUB səviyyəsində (noyabrın 17-nə 0.0191/1RUB) müəyyən edib.
AMB noyabrın 20-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini 0.0592 manat/1TRY səviyyəsində saxlayıb. **
B.Rüstəmbəyov