2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana 792,331 min ton buğda idxal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 6,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $210 milyon 742,3 min (azalma 19,6%) təşkil edib.
Beləliklə, Azərbaycanın yanvar-sentyabr aylarında aldığı buğdanın qiyməti bir ton üçün $265,97 (2022-ci ildə alınmış buğdanın orta qiyməti bir ton üçün $337,6 olub – İF-Az) təşkil edib.
Hesabat dövründə Azərbaycana $146 milyon 310,1 min dəyərində (artım 8,3%) 230,623 min ton şəkər xammalı və şəkər (azalma 4,6%), $105 milyon 596,1 min dəyərində (azalma 33,1%) 87,987 min ton bitki yağı (azalma 4,6%), $50 milyon 820,5 min dəyərində (azalma 8,3%) 9,71 min ton çay (azalma 10,3%), $67 milyon 193,2 min dəyərində (azalma 17%) 12,049 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (azalma 14,1%) idxal edilib.
Bununla yanaşı, respublikaya $21 milyon 588,4 min dəyərində (artım 92,5%) 5,417 min ton iribuynuzlu heyvan əti (artım 2,2 dəfə), $33 milyon 119,8 min dəyərində (azalma 6,3%) 21,752 min ton quş əti və quş əti məhsulları (azalma 5,4%) idxal edilib.
Hesabat dövründə Azərbaycana $92 milyon 161,2 min dəyərində (azalma 4,5%) 91,328 min ton meyvə (azalma 9%), $12 milyon 992,8 min dəyərində (azalma 2,9%) 21,764 min ton tərəvəz (azalma 0,3%), $30 milyon 56,6 min dəyərində (azalma 10,2%) 102,732 min ton kartof (azalma 15,2%) idxal edilib.
Yanvar-sentyabr aylarında ölkədən $139 milyon 238,1 min dəyərində (azalma 4,7%) 144,958 min ton tərəvəz (artım 7,8%), $289 milyon 569,5 min dəyərində (artım 17,6%) 230,438 min ton meyvə (artım 25,4%), $31 milyon 11,7 min dəyərində (azalma 11,6%) 71,07 min ton kartof (azalma 9,1%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $16 milyon 868,1 min dəyərində (artım 10,1%) 22,591 min ton şəkər (azalma 16,7%), $6 milyon 232,9 min dəyərində (azalma 49,5%) 3 min 365,9 ton bitki yağı (azalma 42,7%) ixrac edilib.
Hesabat dövründə Azərbaycan $13 milyon 103,1 min dəyərində (artım 31,2%) 10,594 min ton meyvə və tərəvəz şirələri (artım 34,1%), $5 milyon 492,7 min dəyərində (artım 62,8%) 251,2 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (artım 31,9%), $8 milyon 890 min dəyərində (artım 48%) 6,881 min ton meyvə və tərəvəz konservləri (artım 27,5%), $3 milyon 841,2 min dəyərində (azalma 75,2%) 1,777 min ton tütün (azalma 65,3%), $4 milyon 604,8 min dəyərində (azalma 52,3%) 505,9 ton çay (azalma 68,4%) ixrac edib.**
B.Rüstəmbəyov