2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 933,6 milyon manat ($549,2 milyon) məbləğində tikinti materialları istehsal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 29,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada 3,075 milyon ton sement (artım 3%), 24,6 min kubmetr betondan yığma tikinti konstruksiyaları (azalma 39,7%), 68,7 min ton asfalt (azalma 52%), 486,5 min kubmetr tikinti kərpici (azalma 2,1%) və 7,463 milyon kvadratmetr tikinti şüşəsi (artım 14%) istehsal edilib.
Bundan başqa, 3,135 milyon ton sement klinkeri (artım 9,5%), 69,6 min ton tikinti gipsi (artım 2 dəfə), 3,187 milyon ton hazır beton qarışığı (artım 15,4%) və 40,9 min ton tikinti əhəngi (artım 12,7%) istehsal edilib.
2022-ci ildə Azərbaycanda 1 milyard 85,7 milyon manat (cari məzənnə ilə $638,8 milyon) məbləğində tikinti materialları istehsal edilib ki, bu da 2021-ci illə müqayisədə 12,6% çoxdur.**
B.Rüstəmbəyov