2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 186,9 milyon ton yük daşınıb ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 5,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yük daşımalarının strukturunda 77,6% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 22,4% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9% artıb.
Hesabat dövründə dəmir yolu ilə 15,269 milyon ton yük daşınıb ki, bu da ötən ilin müvafiq ıdövrünün göstəricisindən 0,3% azdır.
Dəniz nəqliyyatı ilə 7 milyon 651,1 min ton (artım 21,1%), avtomobil nəqliyyatı ilə 106,15 milyon ton (artım 5,2%), hava nəqliyyatı ilə 277,2 min ton (azalma 20,3%) müxtəlif yük daşınıb.
Hesabat dövründə magistral neft kəmərləri vasitəsilə 33 milyon 108,4 min ton neft (artım 6,8%) nəql olunub.**
B.Rüstəmbəyov