“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov ilə görüşüb, görüşdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Məlumata görə, İbrahimov görüşdə“AzerGold”un fəaliyyət sahələri üzrə əldə etdiyinailiyyətlər, QSC-nin strateji planları və dağ-mədən sektorunda görülən işlər haqqındadanışıb.
Onun sözlərinə görə, “AzerGold”un hazırda üç mədən layihəsi – “Çovdar”, “Mərəh” və “Tülallar” qızıl yataqlarının istismarını, “Daşkəsən” dəmir yataqları qrupu, “Filizçay” polimetal, “Ortakənd” qızıl mədəni kimi irimiqyaslı layihələrin icrası ilə bağlı fəaliyyətini uğurla davam etdirdiyini, sözügedən yataqların QSC-nin xarici investisiyaya açıq layihələri olduğunu qeyd edib.
Həmçinin, İbrahimov işğaldan azad edilmiş Kəlbəcər rayonunda yerləşən “Tutxun” qızıl təzahürləri sahəsi ilə bağlı geoloji tədqiqatların davam etdirildiyini vurğulayıb ki. Onun sözlərinə görə, işğal dövründə həmin ərazilərin mina və partlamamış hərbi sursatlarla çirkləndirildiyi üçün prosesin sürətlə icrasının mümkün olmayıb, vaxt itkisinin qarşısının alınması üçün tədqiqatlarda innovativ axtarış metodlarından sayılan qeyri-invaziv hiperspektral peyk görüntülərinin çəkilişlərinin həyata keçirilir.
O əlavə edib ki, QSC Azərbaycanda mədənçilik fəaliyyəti həyata keçirməklə yanaşı, ölkə hüdudlarından kənarda da əməkdaşlıq əlaqələri quraraq, fəaliyyətini genişləndirməkdə maraqlıdır.
O, 2023-cü ilin 24 fevral tarixində Daşkənd şəhərində “AzerGold” və Özbəkistan Respublikasının Dağ-Mədən Sənayesi və Geologiya Nazirliyi arasında Özbəkistan ərazisində geoloji kəşfiyyat işlərinin həyata keçirilməsi və qızıl yataqlarının işlənməsi sahəsində birgə əməkdaşlığın qurulması haqqında imzalanan Anlaşma və Razılaşma Memorandumu ilə bu istiqamətdə əlaqələrin üst səviyyəyə qaldırılmasından məmnunluğunu ifadə edib.
Öz növbəsində, Aşrafxanov Вфюлэтвшт yeni əlvan metal yataqlarının öyrənilməsi və idarə olunması sahəsində “AzerGold” ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
“Görüşdə, həmçinin digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib”, - şirkətdən vurğulanır. **
R.Əhmədov