Noyabrın 20-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa regionu üzrə dövlət naziri Leo Dokertinin Cənubi Qafqaz ölkələrinə səfəri başlayır.
“İnterfaks-Azərbaycan” Böyük Britaniyanın Bakıdakı səfirliyinə istinadən xəbər verir ki, Dokerti Azərbaycan, Gürcüstan və Ermənistana səfər çərçivəsində regionda suverenlik və təhlükəsizliyə “Londonun sarsılmaz dəstəkləyini vurğulayacaq”.
Bundan əlavə, o, sülh və sabitliyin uzunmüddətli həllinə nail olmaq üçün Ermənistanla Azərbaycan arasında birbaşa sülh danışıqlarının zəruriliyini vurğulayacaq
«O cümlədən, Dokerti Ermənistan və Gürcüstanda demokratik islahatlar proqramlarını müzakirə edəcək, həmçinin Azərbaycanın bərpa olunan enerji mənbələrinə keçidinə yardım məqsədilə Böyük Britaniyanın təcrübəsini təqdim edəcək», - məlumatda vurğulanıb.
Səfər çərçivəsində Dokerti Böyük Britaniyanın ticarət və təhlükəsizlik sahəsində region ölkələri ilə əməkdaşlığın genişləndirilməsi təklifini səsləndirəcək. **
R.Əhmədov