Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu (İKZF) bu gün 50 milyon manat həcmində istiqraz yerləşdirib.
Bakı Fond Birjasından “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilib.
Hərraca çıxarılmış istiqrazların bütün həcmi (50 milyon manat) yerləşdirilib.
İstiqrazların tədavül müddəti 8 640 gün, ödəmə tarixi 17 iyul 2047-ci ildir, illik faiz dərəcəsi 3,25%, faiz ödəniş dövrü isə 180 gündən bir təşkil edir.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Beləliklə, İKZF 2023-cü ilin yanvar-oktyabr aylarında istiqrazların yerləşdirilməsindən 270 milyon manat cəlb edib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb. **
X.Nəsirzadə