Azərbaycan prezidenti İlham Əliyev Ermənistanı öz gələcəyini regiondan kənardakı ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmağa çağırıb.
“Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır. Xüsusilə qanlı müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyaları üzərində qurmamalıdırlar.Bunların müstəmləkə siyasəti əsasən dünyanın müxtəlif yerlərində müsəlman əhalisinə qarşı yönəlmişdir”, - Əliyev bazar ertəsi İraq prezidenti Əbdüllətif Camal Rəşid ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, heç bir beynəlxalq təzyiq Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz.
“Ermənistan indi dünyanın müxtəlif yerlərində olan diaspor təşkilatlarından Azərbaycana hər yerdə hücum etmək üçün istifadə edir. Lakin onlar üçün bu, sıfır nəticə verəcək”, - dövlət başçısı əlavə edib. **
R.Əhmədov