Azərbaycan iki ölkə arasında turizmin inkişafı çərçivəsində İraqın şəhərlərinə uçuşlarını sayını artırmaq niyyətindədir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Növbəti həftələrdə bizim Kərkük, Ərbil və Bəsrə şəhərlərinə də birbaşa reyslərimiz olacaq. Biz hər iki istiqamətdə çox sayda turistlərin səyahət edəcəyini gözləyirik”, - Əliyev bazar ertəsi İraq prezidenti Əbdüllətif Camal Rəşid ilə mətbuata bəyanatlarla çıxışında bildirib.
O həmçinin qeyd edib ki, İraq prezidenti ilə görüş əsnasında iki ölkə arasında vizaların verilməsi prosesini sadələşdirmək üçün növbəti addımlar müzakirə edilib.
“Əminəm ki, səfərin nəticələri çox yaxşı olacaq. Biz bir daha ölkələrimiz arasında dostluq münasibətlərinin olduğunu təsdiq etdik. Dialoqumuzun davam etdirilməsi əminəm ki, yeni yaxşı nəticələrə gətirib çıxaracaq və bizim əməkdaşlıq güclənəcək”, - Əliyev vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, iki həftdən sonra nümayəndə heyətimiz hökumətlərarası komissiyanın yeni iclasının keçirilməsi üçün Bağdada səfər edəcək. “Bizim qarşılıqlı ticarətin necə artırılması ilə bağlı böyük planlarımız var. Həmçinin bu gün enerji sahəsində əməkdaşlıq məsələsini də müzakirə etdik. Növbəti ay nümayəndə heyətimizin səfəri zamanı bu məsələ yenə müzakirə olunacaq”, - Azərbaycan lideri qeyd edib. **
X.Nəsirzadə