İsrail Müdafiə Ordusu Livan tərəfindən İsrail ərazisinə buraxılan bir neçə PUA qeydə alıb. Bu barədə «The Jerusalem Post» xəbər verir.
Nəşr qeyd edir ki, dron hücumu bazar ertəsi səhər saatlarında İMO-nun Livanla sərhəd boyunca «Hizbullah» hərəkatı obyektlərinə bir neçə zərbə endirməsindən sonra baş verib.
O cümlədən, bazar ertəsi Israil hərbçiləri məlumat veriblər ki, Qəzza zolağı ərazisində əməliyyat zamanı HƏMAS qruplaşmasının 300-ə yaxın üzvü dindirilib, daha sonra onları isə sonrakı araşdırmalar üçün İsrailə aparıblar. İMO-nun məlumatına görə, dindirmələr zamanı hərbçilər Qəzzada yeraltı tunellərin, silah anbarlarının olması barədə məlumat əldə ediblər.
Bazar ertəsi Misirdən Qəzza zolağı ərazisinə Iordaniyadan göndərilən avadanlığın olduğu onlarla yük maşını daxil olub. Həmin avadanlıq sahə xəstəxanasının qurulmasına imkan verəcək. Sahə xəstəxanasının Xan Yunis şəhərində yerləşdirilməsi planlaşdırılır. **