ABŞ Ukraynaya növbəti hərbi yardım paketini ayırmağı qərara gəliblər. Bu barədə bazar ertəsi ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi bəyan edib.
“Kiyevdə ABŞın müdafiə naziri Ostin yeni hərbi yardım paketi barədə elan edib”, - Kirbi Ağ Evdə brifinq zamanı bildirib.
Pentaqon izah edib ki, xüsusilə, yardım paketinə DZRK Stinger, bir HIMARSreaktivyaylım atəş sistemi (RYAS) və onun üçün raketlər, TOW tank əleyhinə raket kompleksləri, Javelin tank əleyhinə rket kompleksi, AT4 tank əleyhinə qumbaraatanlar, 155 və 105 mm kalibrli artilleriya mərmiləri daxil olacaq.
Kirbi xatırladıb ki, Ağ Evin Ukraynaya daha da dəstək olmaq üçün əlavə vəsaitə ehtiyacı var. **