Azərbaycan prezidenti İlham Əliyev Fransanı Cənubi Qafqazda yeni müharibələrin başlaması üçün zəmin hazırlamaqda iitiham edib.
Əliyev çərşənbə axşamı Bakıda keçirilən “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində vurğulayıb ki, Paris “təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda bizim regionumuzda – Cənubi Qafqazda stabilliyi pozur, separatizm meyillərini və separatçıları dəstəkləyir”.
“Ermənistanı silahlandırmaqla militarist siyasət həyata keçirir (Fransa - İF), revanşist qüvvələri təşviq edir, regionumuzda yeni müharibələrin başlaması üçün zəmin hazırlayır”, - müraciətdə deyilir.
Azərbaycan prezidenti hesab edir ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan “öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur, Qərb təşkilatlarını digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə cəhdlər edir”.
Azərbaycan prezidenti müraciətində Parisdən “başqa dövlətlərə dərs keçmək praktikasına son qoymağı” tələb edib. **
R.Kərimov