Azərbaycan hökuməti və Beynəlxalq Valyuta Fondu (BVF) IV Maddə Məsləhətləşmələri çərçivəsində cari və ortamüddətli makroiqtisadi vəziyyəti müzakirə ediblər.
Maliyyə Nazirliyindən verilən məlumata görə, məsləhətləşmələr çərçivəsində BVF-nin missiyası Anna Bordonun rəhbərliyi altında Maliyyə, İqtisadiyyat nazirliklərində və hökumətin iqtisadi blokuna daxil olan digər qurumlarda, Mərkəzi Bankda, habelə özəl sektorda görüşlər keçirib.
“Görüşlərdə cari ilin ötən dövründə iqtisadi artım və makroiqtisadi vəziyyət, maliyyə-bank və büdcə sahələrinə aid olan məsələlər, həyata keçirilən islahatlar, 2023-cü ilin sonuna, 2024-cü ilə və növbəti ortamüddətli dövrə olan iqtisadi gözləntilər müzakirə edilib”, - nazirlikdən vurğulanır. **
R.Əhmədov