Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabinetiarasında İssık-Kul gölünün sahilində beşulduzlu mehmanxananın tikintisi üzrə investisiya qoyuluşu haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.
Saziş 2023-cü il oktyabrın 12-də Bişkek şəhərində imzalanıb.
Xəbər verildiyi kimi, Qırğızıstan Nazirlər Kabineti Kara-Oy kəndində 5 ulduzlu otel tikintisi üçün İssık-Kul adasında 17 hektar ərazini Azərbaycan şirkətinə verib. Azərbaycan 49 ildən sonra müqaviləni uzada bilər. Otelin tikinti müddəti – 3 ildir.
O cümlədən, Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında energetika sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb. Saziş 22 avqust 2023-cü ildə Bakıda imzalanıb.
Sənədlər dövlət başçısının saytında dərc olunub. **
R.Kərimov