Noyabrın 22-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək.
AFFA-nın saytında məlumat verilir ki, iclasın gündəliyinə aşağıdakı məsələ daxil olunub: Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin hesabatı (Avropa Çempionatı-2024 üçün seçmə turnirin yekunlarına dair) və italiyalı müətəxəssis ilə müqavilə müddətinin artırılıb-artırılmama məsələsi.
Canni De Byazi Azərbaycan yığmasına 2020-ci ilin iyulundan rəhbərlik edir. İtaliyalı mütəxəssisin qüvvədə olan müqaviləsi Avropa Çempionatı-2024 üçün seçmə turnir üçün nəzərdə tutulub.
Xəbər verildiyi kimi, Azərbaycan yığması Avropa Çempionatı-2024 üçün təsnifat turnirində 8 görüşdə 7 xal toplayıb (2 qələbə - 1 heç-heçə - 5 məğlubiyyət) və öz qrupunda dördüncü yeri tutub. **
R.Əhmədov