Ermənistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, İrəvan sülh müqaviləsi layihəsi ilə bağlı yeni qeydlərini Bakıya göndərib.
"(...) Ermənistan tərəfi sülh müqaviləsinin altıncı təklifini Azərbaycan tərəfinə təqdim edib", - XİN-in “X” sosial şəbəkəsindəki hesabında məlumat verilir.
«Ermənistan əvvəlki kimi elan edilmiş prinsiplər əsasında münasibətlərin normallaşdırılmasına dair sənədin bağlanmasına və imzalanmasına sadiqdir», - XİN-dən məlumat verilib.
Daha öncə Azərbaycan hakimiyyəti dəfələrlə bəyan edib ki, İrəvan iki aydan çoxdur Bakının sülh müqaviləsi ilə bağlı son təkliflərinə cavab vermir. **