2023-cü ilin yanvar-sentyabr aylarının yekunları üzrə Azərbaycan Xorvatiyaya ən iri neft tədarükçüsü statusunu qoruyub.
“İnterfaks-Azərbaycan”ın ədə etdiyi məlumata əsasən, yanvar-sentyabr aylarında Azərbaycan Xorvatiyaya 981,667 min ton neft tədarük edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 25,3% azdır.
Pul ifadəsində tədarük 581,79 milyon avro (ildən ilə azalma 1,9 dəfə) həcmində qiymətləndirilir.
Yanvar-sentyabr aylarında Xorvatiyaya ümumi neft idxalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 18,7% azalaraq 1,311 milyon ton təşkil edib. Dəyər ifadəsində tədarük tədarük 40,7% - 786,371 milyon avroyadək azalıb.
Beləliklə, “İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına əsasən, 9 ay ərzində Xorvatiyaya neft tədarükündə Azərbaycanın payı 74,5%-ə yaxın təşkil edib.
2023-cü ilin sentyabr ayında Azərbaycandan Xorvatiyaya neft tədarükü miqdar ifadsində 7,2% - 83,525 min tonadək (pay 48,2%) və dəyər ifadəsində 7,5% - 58,139 milyon avroya qədər azalıb.
Sentyabrda Xorvatiyaya ümumi neft idxalı miqdar ifadəsində 2022-ci ilin eyni dövrü ilə müqayisədə 54,2% - 173,279 min tonadək, dəyər ifadəsində 43,6% - 120,434 milyon avroya qədər artıb.
2022-ci ildə Xorvatiya Azərbaycandan 1,174 milyard avro (artım 86,1%) dəyərində 1,412 milyon ton (azalma 1,1%) neft idxal edib. Həmçinin, 2022-ci ildə Azərbaycan Xorvatiyaya ən iri neft tədarükçüsü olub (pay 79,9%). **
R.Kərimov