İlkin rəqəmlərə əsasən 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana daxil olan pul baratlarının həcmi $1 milyard 281 milyon olub ki, bu da 2022-ci ilin 9 ayının göstəricisindən 2,2 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
“İlkin rəqəmlərə əsasən 2023-cü ilin yanvar-sentyabr aylarında ölkəyə daxil olan pul baratlarının həcmi $1 milyard 281 milyon (2022-ci ilin 9 ayı ərzində $2 milyard 779 milyon) təşkil edib”, - AMB-dən bildirilir.
I rübdə Azərbaycana pul köçürmələrinin həcmi $442,1 milyon, II rübdə $447,9 milyon, üçüncü rübdə $391 milyon təşkil edib.
2022-ci ildə fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələri $3,6 milyard təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 3,2 dəfə çoxdur.**
A.Əzizov