Azərbaycan Respublikasının Kosmik Agentlik (“Azərkosmos”) və Braziliya Kosmik Agentliyi (AEB) arasında kosmos sahəsi üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bu barədə “Azərkosmos”dan məlumat verilib
Qeyd olunb ki, sənəd iki ölkə arasında kosmik elm, texnologiya və tətbiq sahələrinə dair əməkdaşlığı nəzərdə tutur və kosmik sahədə gələcək əməkdaşlıq üçün çərçivə yaratmaqda alət rolunu oynayacaq.
“Azərkosmos”un sədri Saməddin Əsədov kosmos sahəsində Braziliya ilə əməkdaşlığın vacibliyini vurğulayaraq qeyd edib ki, bu Memorandum və daha sıx tərəfdaşlıq nəticəsində Azərbaycanın kosmik sənayesi inkişaf etdiriləcək və kosmosla bağlı fəaliyyət genişləndiriləcək. **
R.Kərimov