Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi Canni De Byazi ilə noyabrın sonunda vaxtı bitən müqavilə uzadılmayacaq. Bu barədə AFFA-nın baş katibi Sərxan Hacıyev məlumat verib.
Onun sözlərinə görə, çərşənbə günü AFFA-nınİcraiyyə Komitəsinin iclasında müvafiq qərar qəbul olunub.
O qeyd edib ki, italiyalı mütəxəssis özü də Azərbaycan yığmasında fəaliyyətini davam etdirmək istəmirdi.
Həmçinin, İcraiyyə Komitəsi Avropa Çempionatı-2024 seçmə turnirində Azərbaycan yığmasının çıxışını qənaətbəxş hesab etməyib.
Canni De Byazi Azərbaycan yığmasına 2020-ci ilin iyulundan rəhbərlik edir.
Xəbər verildiyi kimi, Azərbaycan yığması Avropa Çempionatı-2024 üçün təsnifat turnirində 8 görüşdə 7 xal toplayıb (2 qələbə - 1 heç-heçə - 5 məğlubiyyət) və öz qrupunda dördüncü yeri tutub. **
R.Kərimov